Türkiyə kuboku: yarımfinalçılar bəlli oldu

Türkiyə kubokunda son yarımfinalçı bəlli olub.
Newsport.az-ın məlumatına görə, superliqa təmsilçisi “Konyaspor” öz meydanında I liqada mübarizə aparan “Sivasspor”u qəbul edib.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Konya təmsilçisi yarımfinala vəsiqəni təmin edib.
Qeyd edək  ki, digər yarımfinalçılar “Fənərbaxça”, “Başakşəhər” və “Kasımpaşa”dır. Bu mərhələdə  “Fənərbaxça” “Başakşəhər”lə, “Konyaspor” isə “Kasımpaşa” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right