Benzema “Milan”da?

Fransalı futbolçu Kərim Benzema “Real”dan ayrıla bilər.

Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçunun xidmətində “Milan” maraqlıdır. Bu iddia ilə “Tuttosport” çıxış edib. Mənbənin məlumaına görə, “Milan”ın rəsmiləri Marko  Fassone və Massimo Mirabelli yaxın günlərdə Benzemaya görə “kral klubu”nun rəhbərliyi ilə görüşəcəklər.

Əgər danışıqlar müsbət yekunlaşsa, təcrübəli hücumçu yayda “Milan”la müqavilə imzalayacaq.

Qeyd edək ki, “Real”a 2019-cu ilin yayına qədər müqaviləsi olan Kərim Benzema bu mövsüm La Liqada çıxdığı 23 oyunda 9 qolla yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right