"Fənərbaxça" yeni baş məşqçi ilə danışıqlara başlayıb

Mövsümün sonunda baş məşqçisi Dik Advokat ilə yolları ayırmağı planlaşdıran "Fənərbaxça"ya gələcək mütəxəssizlər haqda söhbətlər yayılıb.
 
Newsport.az-ın məlumatına görə, Ukrayna mətbuatı mövsümün sonunda "Dinamo Kiyev"dən ayrılacaq Serqey Rebrovun "Fənərbaxça"ya keçəcəyi haqda məlumat yayıb.
 
Xəbərə görə, 42 yaşlı mütəxəssis ilə İstanbul klubu və PAOK-un nümayəndələri danışıqlara başlayıb. 
 
Rebrov KİV-ə "Dinamo"da qalib qalmayacağının mövsüm sonunda bilinəcəyini deyib, "Fənərbaxça"ya aid sualları isə cavabsız qoyub. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right