Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" səfərdə "Konyaspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2 - 0 hesablı qələbəsi ilə başa çatıb.
Dəniz Yılmaz matça start heyətdə başlayıb və 90 dəqiqə ərzində meydanda olub.
Qeyd edək ki, 26 turdan sonra aktivində 32 xal olan "Bursaspor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.