“Borussiya” növbəti mövsüm üçün növbəti transferini həyata keçirib.
Newsport.az xəbər verir ki, Dortmund təmsilçisi Münhenqladbax “Borussiya”sından Mahmud Daudu rənglərinə bağlayıb. Suriya əsilli almaniyalı futbolçu iyul ayının 1-də Dortmund klubunun düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Almaniyanın 21 yaşlılardan ibarət milli komandasının üzvü olan Daud 2014-cü ildən “Borussiya”nın əsas komandasında çıxış edirdi.
Xatırldaq ki, "Borussiya" "Bayer"dən Türkiyə millisinin üzvü Ömər Toprakı da heyətinə qatıb.