"Real"ın prezidenti Florentino Peres "Monako"nun futbolçusu Kilian Mbappe ilə maraqlandıqlarını təsdiqləyib.
Newsport.az-ın məlumatına görə, o, fransalı oyunçunu transfer edə biləcəklərini deyib: "Hazırda dəqiq bir şey söyləyə bilmərəm, ancaq hər şey mümkündür. Onu transfer edə bilərik".
Qeyd edək ki, "Monako"nun K.Mbappeyə 150 milyon avro qiymət qoyduğu iddia edilir.