"Çelsi" və "Arsenal" qalib gəldi, "Liverpul" uduzdu

İngiltərə Premyer Liqasında 10-cu turun oyunları start verilib.

Newsport.az-ın məlumatına görə, ilk matç günündə 7 görüş keçirilib.

"Liverpul" səfərdə "Nyukasl"ın qonağı olub və minimal hesabla uduzub - 0:1.

Çempionatın lideri isə "Çelsi" doğma meydanda QPR-i qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə "Çelsi" liderliyi qoruyub.

Turun digər oyununda "Arsenal" və "Börnli" komandaları qarşılaşıb.  London klubu rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

1 noyabr

İngiltərə Premyer Liqası, 10-cu tur

 
“Nyukasl” – “Liverpul” - 1:0
Qol:
 Peres, 73 (1:0)

“Arsenal” – “Börnli” - 3:0 
Qollar:
  Sançes, 70 (1:0), Çeymbers, 72 (2:0), Sançes, 90+1 (3:0)

“Çelsi” – QPR - 2:1 
Qollar:
 Oskar, 32 (1:0), Austin, 62 (1:1), Hazard, 76-pen (2:1)

“Everton” – “Suonsi” - 0:0

“Hall Siti” – “Sauthempton” - 0:1 
Qol:
 Vanyama, 3 (0:1)

“Leyçester” – “Vest Bromviç” - 0:1 
Qol:
  Kambyasso, 47-avtoqol (0:1)

“Stok Siti” – “Vest Hem” - 2:2 
Qollar: Moses, 33 (1:0),  Dyouf, 56 (2:0), Valensiya, 60 (2:1), Douning, 73 (2:2)
 
2 noyabr

“Mançester Siti” – “Mançester Yunayted”
“Aston Villa” – “Tottenhem”
 
4 noyabr
“Kristal Palas” – “Sanderlend”


 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right