"Mançester Yunayted"in futbolçusu Pol Poqba zədələnib.
Newsport.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Avropa Liqasının 1/8 finalında "Rostov"la cavab oyununda sıradan çıxıb.
Matçdan sonra komandanın baş məşqçisi Joze Mourinyo P.Poqbanın "Mançester Yunayted"in tərkibində "Midlsbro"ya, Fransa millisi ilə Lüksümburqa qarşı yüz faiz oynamayacığını deyib.
İlkin ehtimala görə, Poqba 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.