Kavani Fransanın ən yüksək ödənişli futbolçusu olacaq

PSJ-nin forvardı Edinson Kavani komandayla yeni müqavilə imzalamağa yaxındır.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı futbolçu gələn həftə 2020-ci ilə qədər nəzərdə tutulan yeni sözləşmə imzalayacaq.

Bununla da o, Fransa çempionatının ən yüksək ödənişli futbolçusuna çevriləcək. Hazırda ən yüksək məvacib PSJ-nin kapitanı Tyaqo Silvadadır ( aya 1,1 milyon avro).

Xatırladaq ki, hazırki məvacibi ayda 800 min avro olan Kavani bombardirlər siyahısının lideridir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right