UEFA açıqladı: Albaniya millisinə texniki məğlubiyyət verildi

UEFA "Avro-2016"nın qrup mərhələsi çərçivəsində keçirilən Serbiya - Albaniya oynunda  bayraq qalmaqalı ilə əlaqədar  matçda yaranmış gərginliyə öz qərarını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, bu matçda  hər iki milli 100 min avro cərimələnib. Serbiya millisinin hesabından üç xal silinib və milliyə növbəti iki oyunda azarkeşsiz oynamaq cəzasi verilib. Albaniya millisinə isə texniki məğlubiyyət verilib.

Qeyd edək ki, matç zamanı baş verən hadisəyə səbəb Serbiyadan ayrılan Kosova ərazisinində yer aldığı Albaniya bayrağının stadiona endirilməsi olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right