Daha bir ulduz futbolçu Çindən təklif aldı

Dünya futbolunun daha bir ulduzu Çindən təklif alıb.

Newsport.az-ın məlumatına görə, PSJ-nin argentinalı futbolçusu Anxel di Maria karyerasını Çində davam etdirə bilər. Çinin bir neçə klubu futbolçunun xidmətində maraqlıdı. Məlumata görə, bir klub futbolçu ilə və onun agenti Jorje Mendeşlə əlaqə saxlayıb.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, PSJ-nin baş məşqçisi Unai Emeri Di Marianın oyunundan razı deyil. Argentinalı futbolçu PSJ-yə 2015-ci ilin yayında “Mançester Yunayted”dən keçib. O, bu mövsüm Fransa çempionatında 15 oyun kçeirib, 1 qol vurub, 5 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right