Futbol üzrə Fransa çempionatında 14-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatıəna görə, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Anje" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən qələbə ilə ayrılıb - 2:1.
Qeyd edək ki, "Sent-Etyen" hazırda 21 xalla 20 klub arasında 8-ci pillədə qərarlaşıb.