David Silva daha beş il "Mançester Siti"də

"Mançester Siti" klubunun yarımmüdafiəçisi David Silva komandası ilə müqaviləsini yeniləyib.

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu Mançester təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

"Mançester Siti" mənim ikinci evimdir. Həm meydanda, həm də meydandan kənarda klubda mənə qarşı yaxşı münasibət var. Niyə də komandada qalıb, titullar qazanmağa davam etməməliyəm? Biz son 4 ildə bir sıra uğurlar qazanmışıq" - deyə D.Silva bildirib.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2010-cu ildə "Valensiya"dan "Mançester Siti"yə transfer olunub





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right