Yoahim Löv Almaniya millisinin tarixinə keçdi

Almaniya millisinin baş məşqçisi Yoahim Löv yeni rekorda imza atıb.

 

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssisin rekordu DÇ-2018-in seçmə mərhələsində San Marino ilə oyunda (8:0) qeydə alınıb.

 

Bu qələbə Almaniya millisinin Lövün rəhbərliyi altında 95-ci qələbəsi olub. Bununla da o, Bundestimin tarixində ən çox qələbə qazanan baş məşqçi olub.

 

Qeyd edək ki, 56 yaşlı mütəxəssis 2006-cı ildən Almaniya millisini çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right