İbrahimoviç yenə "Eyfel"ə söz atdı

"Mançester Yunayted"in ulduz futbolçusu Zlatan İbrahimoviç növbəti dəfə verdiyi açıqlama ilə diqqətləri özünə çəkib.

 

Newsport.az xəbər verir ki, təcrübəli hücumçu Eyfel qülləsi haqda danışıb:

 

"Parisdə 4 il yaşadım və 1 dəfə Eyfel qülləsini görməyə getdim. PSJ rəhbərliyinə klubda qalmağım üçün Eyfelin yerinə heykəlimi tikin, dedim, amma etmədilər. Bunu indi etsələr, bəlkə gedib ziyarət edərəm".

 

Qeyd edək ki, İbrahimoviç yayda PSJ-dən "Mançester Yunayted"ə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right