Şimali İrlandiya - Azərbaycan matçının hakimləri məlum oldu

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq.

 

Newsport.az xəbər verir ki, oyunu idarə edəcək hakimlər məlum olub. Qarşılaşma fransalı hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Kleman Torpen, yan xətt hakimləri isə Nikola Danos və Kril Qrinor olacaq. 4-cü referi funksiyasını isə Frenk Şneyder yerinə yetirəcək.

 

Qeyd edək ki, noyabrın 11-də "Vindzor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right