Rumıniya millisi başsız qalıb.
Newsport.az-ın məlumatına görə, Rumıniya milli komandasının baş məşqçisi Viktor Piçurke istefaya göndərilib.
58 yaşlı mütəxəssis və onun məşqçi heyəti ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Yeni baş məşqçinin adına oktyabrın 20-də aydınlıq gələcək.