Rumıniya milli komandasının baş məşqçisi Viktor Piçurke istefaya göndərilib.
Newsport.az-ın Rumıniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 58 yaşlı mütəxəssis və onun məşqçi heyəti ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Federasiya yeni baş məşqçinin adını oktyabrın 20-də açıqlayacaq. Piçurkeni kimin əvəzləyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, "Avro-2016"nın seçmə mərhələsində Yunanıstan (1:0) və Finlandiyanı məğlub edən (2:0) Rumıniya millisi son görüşdə Macarıstanla 1:1 bərabərə qalıb. Komanda 7 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.