Xorvatiya yığmasının futbolçusu İvan Rakitiç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib:
"Azərbaycan təhlükəli rəqib olduğunu göstərdi. Amma biz yaxşı iş gördük. Hədəfə addım-addım çatmaq lazımdı. Qarşıda hələ uzun yol var. Uğurlu starta görə şadıq. Arxayınlaşmaq olmaz. Əgər buna nail olsaq, sonluğun yaxşı olacağına inanıram".