"Avro-2016"nın seçmə mərhələsində evdə yığmamıza qalib gələn Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Perişiç oyunla bağlı fikirlərini bildirib.
"Qalib gəlmək üçün hər şeyi etdik. Qələbəyə layiq oynadıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda da qələbə qazanmaqla yolumuza davam edəcəyik. Keçirdiyimiz üç oyunda qol buraxmamağımız çox önəmlidir. Bu, bizə əlavə stimul verir. Növbəti oyunlarda bu seriyanı davam etdirməyə çalışacağıq".