"Azərbaycanla oyunda qələbə seriyamızı davam etdirməliyik"

Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Perişiç "Avro-2016"nın seçmə mərhələsində qalib gəldikləri Bolqarıstanla oyun haqda fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan futbolçu qələbə seriyasını Azərbaycanla oyunda da davam etdirməli olduqlarını bildirib:

"Bolqarıstanla matçın çətin keçəcəyini bilirdik. Çətin oyun oldu. Ancaq 3 xal qazandığımız üçün şadam. Növbəti matçımızı evdə Azərbaycana qarşı keçirəcəyik. Bu oyunda da qələbə seriyamızı davam etdirməliyik". 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu oktyabrın 13-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right