"Mançester Yunayted"in yeni transferi Radamel Falkao "qırmızı şeytanlar"ın onu transfer edərkən qumar oynadığını bildirib.
Newsport.az xəbər verir ki, İngiltərə mətbuatına danışan ulduz futbolçu:"Mançester Yunayted" məni transfer edərkən qumar oynadı. Bu asand birşey deyil. Bu mövsüm çox çətin bir mövsümdü klubum üçün yox həmdə mənim üçün. Planım burda uzun müddət qalmaq. Gələcəkdə də "Mançester Yunayted"də forma geymək istəyirəm".
Xatırladaq ki, Falkao yeni klubunda ilk qolunu keçən həftə "Everton"a qarşı oyunda vurub.