"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema "Barselona"nın La Liqada qalmasını istəyir.
Newsport.az-ın məlumatına görə, fransız futbolçu bu barədə "Football Espana"ya açıqlamasında deyib.
"Barselona"nın La Liqada qalmasını istəyirəm. "Real" və "Barselona" kimi iki böyük komandanın La Liqada oynaması əladır. Əgər "Barsa" La Liqadan ayrılsa, bu, problem olacaq. Ümid edirəm ki, hər şey əvvəlki kimi qalacaq" - deyə Benzema bildirib.
Qeyd edək ki, gələn ay keçiriləcək referendumda Kataloniya müstəqilliyini elan edəcəyi təqdirdə "Barselona" və "Espanyol" klubları İspaniya La Liqasında mübarizə aparmayacaq.