Avropa çempionatının son təyinatı məlum olub.
Newsport.az-ın məlumatına görə, UEFA final qarşılaşmasını idarə edəcək referinin adını açıqlayıb.
İyulun 10-da meydan sahibi Fransa ilə Portuqaliya arasında "Stad de Frans”da baş tutacaq final matçında ingiltərəli Mark Klattenburq ədalət təmsilçisi olacaq.
Ona bu işin icarısnda Simon Bek və Cek Kollin yardımçı olacaq. Qarşılaşmanın əlavə köməkçi hakimləri Entoni Teylor və Andre Marriner təyin olunub. Viktor Kaşşayi dördüncü hakim, Qyorgi Rinq ehtiyat yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Finalda UEFA nümayəndələri Yanis Mezekis və Julien Olbert olacaq.