Arsen Venger Mourinyonu niyə itələyib?

"Arsenal"ın baş məşqçisi Arsen Venger "Çelsi" ilə oyundan sonra  Joze Mourinyoyla aralarında yaşanan gərginlik barəsində danışıb.

Newsport.az xəbər verir ki, Portuqaliyalı baş məşqçin ilə gərgin anlar yaşamadan öncə Keyhilin Aleksis Sançesə etdiyi qayda pozuntusunun qırmızı kart ilə cəzalandırılmasını tələb edən Arsen Venger :" Qırmızı kart verilməli idi. Mən də Anöqtəsindən B nöqtəsinə getmək istədim və Mourinyo araya girdi. B nöqtəsi Aleksisin olduğu yer idi və məndə onun zədəsinin nə qədər ciddi olduğunu görmək istədiyim üçün ora getdim" açıqlamasını verib.

Bundan başqa Mourinyo ilə yaşanan gərginlik zamanı Mourinyonun ona nə dediyini eşitmədiyini bildirən Venger :"Açığı mənə nə dediyinə qulaq asmadım. Oskar oyunda etdiyi sərt qayda pozuntularında sonra oyuna davam etdiyi üçün çox şanslı idi" deyən baş məşqçi hakim idarəçiliyindən çox narazı qaldığını açıqca bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right