Bu gün “Avro-2016”da 1/4 final mərhələsinə yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, keçiriləcək bir oyunla sonuncu yarımfinalçının adı bəlli olacaq.
Meydan sahibi Fransa çempionatda sürpriz nəticələri ilə yadda qalan İslandiya millisi ilə qarşılaşacaq.
3 iyul
Avropa çempionatı, 1/4 final
23:00. Fransa - İslandiya - 5:2
Qol: Jiru, 13 (1:0), Pol Poqba, 20 (2:0), Paye, 43 (3:0), Qrizmann, 45 (4:0), Siqthorson, 56 (4:1), Jiru, 59 (5:1), Byarnason, 84 (5:2)
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra
Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld (hamısı Hollandiya)
Dördüncü hakim: Milorad Majiç