Zlatan İbrahimoviçin "Mançester Yunayted"ə keçidi rəsmiləşib.
Newsport.az-ın məlumatına görə, bu barədə İngiltərə klubu rəsmi açıqlama yayıb.
35 yaşlı hücumçunun müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib.
Qeyd edək ki, İbrahimoviçin son klubu PSJ olub. O, Fransa klubunda 138 oyuna 156 qol vurub.