"Barselona"nın yeni transferi Tomas Vermalen bu gün klubla rəsmi müqavilə imzalayıb.
Newsport.az saytının məlumatına görə, "Nou Kamp" stadionunda ictimaiyyətə təqdim olunan belçikalı futbolçu iddialı açıqlama verib. 28 yaşlı futbolçu "Barselona"da oynamağın hər bir futbolçunun arzusu olduğunu bildirib:
"Barselona dünyanın ən güclü klublarından biridir. Burada oynama hər bir futbolçunun arzusudur. Komandada güclü mərkəz müdafiəçiləri var. Aramızda olacaq rəqəbət komandanı daha da güclü edəcək. Hədəfim hər bir oyunda oynayıb, komandanın əsas futbolçusu olmaqdır".
Qeyd edək ki, "Barselona" Vermalenlə 2019-cu ilə qədər müqavilə imzalayıb.