Kapitan milli karyerasını başa vurdu

"Lester"in futbolçusu Kristian Fuks kapitanı olduğu Avstriya milli komandasındakı karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi yığmada keçirdiyi illərə görə fəxr etdiyini bildirib.

O, komandasının Avropa çempionatının final mərhələsində o qədər də uğurla çıxış etmədiyini, amma daim yaddaşlarda qalacağını vurğulayıb.

Qeyd edək ki, Kristian Fuks yığmada 78 oyuna 1 qol vurub. Avstriya millisi Fransada təşkil olunan Avropa çempionatına 3 oyundan 1 xal toplayaraq, F qrupunda sonuncu yeri tutub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right