Ronaldodan fantastik göstərici!

Kristiano Ronaldo daha bir rekorda sahib çıxıb.

Newsport.az-ın məlumatına görə, Portuqaliya milli komandasının futbolçusu buna Fransada təşkil olunan Avropa çempionatında nail olub. 
 
Belə ki, Portuqaliya millisi yer aldığı "F” qrupunda son matçına çıxıb. Ronaldonun komandası Macarıstan millisi ilə üz-üzə gəlib. Qarşılaşma 3-3 hesablı bərabərliklə başa çatıb. 
 
"Real”ın ulduzu sözügedən oyunda dublla yadda qalmaqla komandasının qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazanmasında böyük pay sahibi olub. 31 yaşlı hücumçu həmçin ardıcıl 4 Avropa çempionatında qol vuran ilk futbolçu adını ələ keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right