"Avro-2016”nın B qrupunda keçirilən Slovakiya – İngiltərə matçının (0:0) ən yaxşı futbolçusu müəyyənləşib.
Newsport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Slovakiya millisinin qapıçısı Matus Kozaçik matçın ən yaxşısı seçilib.
Qapısını toxunulmaz saxlayan qolkiper komandasının 1/8 finala yüksəlməsində böyük pay sahibi olub.
Qeyd edək ki, daha öncə A qrupunda keçirilən Fransa – İsveçrə matçında (0:0) ikincilərin qapıçısı Yann Sommer matçın ən yaxşısı seçilib.