Şumaxer “Qarabağ”dan danışdı

Lüksemburqun "F91 Düdelanj” klubunun prezidenti Romeyn Şumaxer Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la oyunlarından danışıb.

Newsport.az-ın məlumatına görə, Şumaxer "Qarabağ"ın ötən mövsümkü çıxışından danışıb:

"Qarabağ" güclü rəqibdir. Onlara qarşı oynamaq asan olmayacaq. Azərbaycan çempionu ötən mövsüm "Anderlext"i məğlub edib. Fransanın ən yaxşı klublarından olan "Monako" ilə oyundan 1 xal qazanıb. Azərbaycanlılar Avropa Liqasının qrupunu son sırada tamamlasa da, rəqiblərinə qarşı yaxşı oyun sərgiləyib. Onlar rəqiblərinin kimliyindən aslı olmayaraq, meydanda özlərini yaxşı tərəfdən göstərməyi bacarırlar".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right