Bildiyiniz kimi son Azərbaycan Çempionu "Qarabağ"ın Çempionlar Liqasdındakı rəqibi Lüksemburqun "Düdelanj" komandası olub.
Newsport.az saytı olaraq rəqibin tarixini və uğurlarını araşdırıb diqqətinizə çatdırırıq. "Düdelanj" komandasının əsası 1991-ci ildə qoyulub.
Komandanın ölkəsindəki uğuru 12 dəfə (1999–00, 2000–01, 2001–02, 2004–05, 2005–06, 2006–07, 2007–08, 2008–09, 2010–11, 2011–12, 2013–14, 2015–16) Lüksemburq çempionu olması və 6 dəfə ( 2003–04, 2005–06, 2006–07, 2008–09, 2011–12, 2015–16) Lüksemburq kubokunun qalibi olması ilə bağlıdır.
21 dəfə Avroliqalarda oynamaq şansı qazanan komanda yalnız 3 dəfə mərhələ adlamağı bacarıb. Bu vaxta qədər avrokuboklarda 46 oyuna çıxmış "Düdelanj” aktivinə 8 qələbə və 5 heç-heçə yazdırıb. 33 dəfə meydanı məğlub tərk edən Lüksemburq çempionu bu oyunlarda 48 qol vurub, 111 qol buraxıb.
"Qarabağ”ın rəqibinin heyətində Fransa, Bosniya və Herseqovina, Belçika, Mərakeş, Konqo, Anqola və Qanadan olan legionerlər çıxış edir. Xüsusilə fransızların sayı çoxluq təşkil edir - 6 futbolçu.
Ötən mövsüm Avropa Liqasında oynamış "Düdelanj” birinci təsnifat mərhələsindəcə mübarizəni dayandırıb. İrlandiya təmsilçisi "Dublin”lə üz-üzə gəlmiş lüksemburqlular ilk oyunda 2:1 hesablı qələbə qazansalar da, cavab matçında 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıblar.
Qeyd edək ki, "Qarabağ”ın "Düdelanj”la ilk oyunu 12-13, cavab matçı isə 19-20 iyul tarixlərində keçiriləcək.