İngiltərə Premyer Liqasının növbəti turunda Londonun “Çelsi” və “Arsenal” klubları arasında keçirilən bugünkü oyununda maraqlı insident yaşanıb.
Newsport.az saytı xəbər verir ki, oyunun 20-ci dəqiqəsində “Çelsi”nin oyunçusu Kehl rəqib komandanın yarımmüdafiəçisi Aleks Sançesə qarşı sərt oynayıb.
Bu epizodun ardından “Çelsi”nin ünlü baş maşqçisi Joze Maurinyo ilə uzun illərdir “Arsenal”I çalışdıran Arsen Venger bir-biri ilə dartışıb. Maurinyonun dayandığı yerə gələn “Arsenal”ın baş məşqçisi iki əli ilə “Çelsi”nin çalışdırıcısının sinəsindən itələyib. Müvazinətini itirən “Çelsi”nin baş məşqçisi yıxılmaqdan son anda qurtulub.
Bundan sonra hər iki baş məşqçini yanına çağıran baş hakim onlardan sakitləşməyi tələb edərək, bildirib ki, növbəti belə dartışma hər ikisinin stadiondan qovulmasıyla nəticələnəcək. Yalnız hakimin bu xəbərdarlığından sonra məşqçilər sakitləşməyə məcbur olublar.
Qeyd edək ki, bu oyunda "Çelsi" 2:0 hesabı ilə "Arsenal"a qalib gəlib.