Fransada təşkil olunan AÇ-2016-da iştirak edən Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yenə gündəmə gəlib.
Newsport.az-ın məlumatına görə, "Real"ın ulduzu İslandiya ilə bərabərə (1:1) başa çatan qarşılaşmadan sonra rəqib komandanın oyunçusu Aron Qunnarssona qarşı hörmətsizlik edib.
O, island futbolçunun Ronaldodan forma dəyişmə xahişini sərt şəkildə geri çevirib. Buna baxayaraq, Qunnarsson "Real"ın hücumçusundan ikinci dəfə də formanı dəyişməyi xahiş edib. Bu zaman isə Ronaldonun cavabı daha ağır olub: "Sən axı kimsən ki, forma da dəyişim?”