"Qarabağ"ın futbolçusu komandasını AVRO-2016 matçına kapitan kimi çıxardı

"Qarabağ"ın futbolçusu Ansi Aqolli hazırda davam edən Fransa - Albaniya oyununa komandasını kapitan kimi meydana çıxardıb.

Newsport.az-ın məlumatına görə, albaniyalı oyunçu qrupun ilk matçında qırmızı vərəqə alan Sananın əvəzinə ikinci kapitan kimi bu sarğını qoluna taxaraq komandasını fransızlarla oyuna çıxarıb.

Qeyd edək ki, hazırda davam edən oyunda ilk hissə başa çatıb və hesab açılmayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right