Fransada təşkil olunan Avropa çempionatının "F” qrupunda Portuqaliya və İslandiya yığmaları üz-üzə gəliblər.
Newsport.az-ın məlumatına görə, matçın tamamını hücumda keçirən portuqallar yarım saatın tamamında hesabı açıblar. Nani fərqlənib. Qoldan sonra da təzyiq davam etsə də, ilk hissə elə bu hesabla da bitib. İkinci hissəyə isə İslandiya qolla başlayıb. 50-ci dəqiqədə Byarnasson bərabərliyi gətirən qola imza atıb. Qalan dəqiqələrdə pireneylilər çox cəhd etsələr də, hesabı dəyişmək mümkün olmayıb.