Fransa Daxili İşlər Nazirliyindən verilən məlumata görə bu gün Marsel yaxınlığında yerləşən bir oteldə qalan Rusiya millisinin 29 azarkeşinə qarşı polis əməliyyat keçirib.
Newsport.az -ın məlumatına görə, həmin azarkeşlər bazar gün Fransanın Nitsa şəhərində xuliqanlıq etdikləri üçün polis tərəfindən saxlanılıb və Fransadan sərhədlərindən xaric edilib.
Eyni zamanda naziliyin mətbuat xidmətindən bildiriblər ki, hazırda 116 azarkeşə qarşı polis əməliyyat keçirir. 63 nəfərin isə indiyə qədər tutlduğu açıqlanıb. Həmçinin 6 ingilis, 3 fransız azarkeşin də məhkəməyə veriləcəyi bildirilir.