Ceymi Vardi qərar verdi: “Lester”, yoxsa “Arsenal”?

Adı "Arsenal”la hallanan Ceymi Vardi gələcək karyerası barədə yeni qərar qəbul edib.

Newsport.az-ın məlumatına görə, İngiltərə milli komandasının üzvü "Lester”i tərk etməyəcək. 
 
"Mirror”un məlumatına görə, ötən mövsümün "tapıntı”sı "Arsenal”ın 24 milyon funt-sterlinlik təklifinə "yox” cavabı verib. 29 yaşlı hücumçu ötən mövsüm heyətində çempion olduğu komandada qalmağı üstün tutub.
 
Qeyd edək ki, bəzi mənbələr Vardinin Fransada təşkil olunan Avropa çempionatından təxminən 1 həftə öncə "Arsenal” üçün tibbi müayinədən keçdiyini iddia edir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right