Futbol üzrə Avropa çempionatının təşkil olunduğu Fransada azarkeşlər arasında növbəti insident yaşanıb.
Newsport.az-ın məlumatına görə, bu dəfə də ingilis və rusiyalı azarkeşlər diqqət mərkəzinə düşüb.
Marseldə baş verən hadisə yerinə cəlb olunan polislər gözyaşardıcı qazdan istifadə edib. Lakin bununla da sakitləşmək bilməyən ingilis azarkeşlər polislərə şüşə qablar atıblar. Polisin növbəti dəfə gözyaşardıcı qazdan istifadə etməsi nəticəsində min nəfərlik izdiham dağıdılıb.
Qeyd edək ki, ötən gün də Marsel şəhərində ingilis və rus azarkeşlər arasında insident yaşanmışdı. Bu iki ölkənin yığmaları arasında oyun bu axşam keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.