Fransada təşkil olunan Avropa çempionatının açılış mərasimi keçirilib.
Newsport.az-ın məlumatına görə, paytaxt Parisdə baş tutan mərasim dünyanın bir çox ölkələrində canlı yayımlanıb.
Açılış mərasimi Fransanın tarixi və mədəniyyətinə həsr olunub. Böyük bir bağçada quraşdırılan "karusel" tamaşaçıları maraqlı səyahətə aparıb. Nümayişin sonu futbola həsr olunub. Hər halda, dünyanın hər yerindən Parisə azarkeşlər məhz buna görə toplaşıblar.
Açılışda DJ Devid Gettanın rəsmi konserti olub. O, İsveç müəğnisi Zara Larssonla birgə Avropa çempionatının himnini ifa edib.