AÇ-2016-da ilk qalmaqal: 4 polis işçisi və 2 azarkeş yaralandı, 2 nəfər həbs edildi

Bu gün Fransada təşkil olunacaq Avropa çempionatına start veriləcək. Uzun müddətdir maraqla gözlənilən turnirin açılış matçında ev sahibləri – Fransa millisi ilə Rumıniya milli komandası üzə-üzə gələcək. 
 

Newsport.az-ın məlumatına görə, sözügedən turnir start götürməsə də, azarkeşlər arasında boyük gərginlik var. Belə ki, ötən gecə Marseldə ingiltərəli azarkeşlərlə Marsel əhalisi arasında gərginlik yaşanıb. 
 
Baş verən davada təxminən 200 nəfər iştirak edib. Qalmaqala müdaxilə edən Fransa polisi dava iştirakçılarına qarşı mübarizədə gözyaşardıcı qazdan istifadə edib. Fransa Daxili İşlər Naziri Pierre-Anri Brandetin verdiyi məlumata görə, dava nətiəsində 4 polis işçisi və 2  ingilis azarkeş xəsarət alıb. Dövlət rəsmisi 2 nəfərin həbs edildiyini də vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right