“Avro-2016”nın açılış oyununun hakimləri müəyyənləşib.
Newsport.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iyunun 10-da keçiriləcək Fransa - Rumıniya matçını Viktor Kaşşainin başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.
Kaşşaiyə Dyerd Rinq, Ventsel Tot, Tamaş Boqnar və Adam Farkaş kömək edəcək. Ehtiyat hakimlər isə hollandiyalılar Byonr Kuypers və Sander van Rukel olacaq.
Qeyd edək ki, sözügedən oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.