AVRO-2016: İslandiya millisinin yekun heyəti açıqlandı

İslandiya millisinin bu ay Fransada keçiriləcək Avropa çempionatının final mərhələsi üçün yekun heyəti açıqlanıb.

Qapıçılar: Hannes Haldersson ("Bude-Qlimt"), Oqmundur Kristinsson ("Hammarbyu"), İnqvar Yonsson ("Sandeford")

Müdafiəçilər: Birkir Sevarson ("Hammarbi"), Raqnar Siqurdsson ("Krasnodar"), Kari Arnason ("Malmö"), Ari Skulason ("Odense"), Haukur Hauksson (AİK), Sverrir İnqason ("Lokeren"), Herdyur Maqnusson ("Çezena"), Hertyur Hermannsson ("Qöteburq")

Yarımmüdafiəçilər: Aron Qunnarsson ("Kardif"), Emil Hallfredsson ("Udineze"), Birkir Byarnason ("Bazel"), Yohan Berq Qudmundsson ("Çarlton"), Gilfi Siqurdsson ("Suonsi Siti"), Elmar Byarnason ("Orxus"), Runar Siquryonsson ("Sundsvall"), Adnor Traustason ("Norçepinq")

Hücumçular: Eydur Qudyonsen ("Molde"), Kolbeyn Siqtorsson ("Nant"), Alfred Finnboqason ("Ausburq"), Yon Bedvarsson ("Kayzerslautern"). 

Qeyd edək ki, F qrupunda qərarlaşan İslandiya millisi Portuqaliya, Avstriya və Macarıstan yığmaları ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right