İyun 10-da Fransada start götürəcək futbol üzrə Avropa çempionatının 28 oyunu “CBC Sport” vasitəsilə tamaşaçılara təqdim olunacaq.
Newsport.az-ın məlumatına görə, bu barədə CBC Sportun rəsmi saytına açıqlamasında kanalın baş direktoru Volkan Üst məlumat verib:
“Bildiyiniz kimi, iyunun 10-dan iyulun 10-a kimi Fransada ilk dəfə 24 komandanın iştirakı ilə Avropa çempionatı keçiriləcək. 4 ildən bir təşkil olunan qitə birinciliyində bu dəfə 51 oyun keçiriləcək. Məmnuniyyətlə açıqlamaq istəyirəm ki, 51 oyundan 28-i “CBC Sport” kanalı vasitəsilə yayımlanacaq”.
Qeyd edək ki, “Avro-2016”nın əsas yayım hüququ "İctimai Televiziya”ya məxsusdur.