Fransa millisi üçün ciddi itki

Fransa milli komandası AVRO-2016-da Matyu Debuşinin xidmətindən istefadə edə bilməyəcək.

Newsport.az-ın məlumatına görə, "Arsenal”ın futbolçusu, icarə əsasında "Bordo”da çıxış edən futbolçu sıradan çıxıb. 
 
"Bordo”nun oyunlarının birində zədə alan futbolçunun durumu ciddidi. Həkimlər təcrübəli futbolçunun cari mövsümü vaxtından əvvəl başa vurduğunu bildiriblər. 
 
Debuşinin sıraya dönməsi üçün maksimum 2 ay vaxta ehtiyac var. Bu isə o deməkdi ki, Matyu gələn ay start götürəcək Avropa çempionatını buraxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right