Londonun "Arsenal” klubu növbəti ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının XXXVII turunda "Mançester Siti” ilə qarşılaşmada (2-2) zədə alan Denni Uelbekin durumu bəlli olub. Həkimlərin ilkin rəyinə görə zədəsi ciddi olan futbolçu 3-5 ay yaşıl meydanlardan kənarda qalacaq.
Bu isə hücumçunun İngiltərə milli komandası ilə Fransa keçiriləcək Avropa çempionatında iştirak etməməsi demekdir.
Qeyd edək ki, bu günlərdə "Arseanl”ın daha bir futbolçusu zədə alaraq İngiltərə millisinə Avropa çempionatında kömək etməkdən məhrum olmuşdu. Belə ki, Uelbeklə yanaşı Aleks Oksleyd Çemberlen üçün Avropa çempionatı arzusu bitib.