Oğuz Çetin noyundan narazı qaldı AÇIQLAMA

“İlk matç həmişə çətin olur. Bu gün qalib gəlməli idik, təəssüf ki, bunu bacarmadıq. Bir xalla kifayətlənməli olduq. Rəqib azlıqda qaldıqdan sonra daha ağıllı oynamalı idik. 10 nəfərlə qalan rəqibə qarşı göstərdiyimiz oyundan məmnun deyiləm. İkinci görüşdə qalib gəlməliyik".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Azərbaycan Premyer Liqasının ilk turunda AZAL-la matçdan (1:1) sonra deyib.

"Rahid Əmirquliyevi yoxlama görüşlərində sağ müdafiəçi kimi sınamışam, bu mövqedə uğurlu çıxış etdi. Müəyyən zamanlarda yarımmüdafiədə də oynaya bilər. Oyunumuz, ümumilikdə pis deyildi. 70-ci dəqiqəyə kimi yaxşı oynadıq, bunu 90 dəqiqəyə çatdırmalıyıq” - deyə o bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right