Messi: "İsrail Qəzzada zorakılığı dayandırmalıdır"

Bir müddət əvvəl YUNİSEF-n xoş məramlı səfiri, Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messinin İsrail ordusuna 1 milyon dollar hədiyyə etdiyi bildirilirdi. Newsport.az xəbər verir ki, xəbər təsdiqini tapmadı və indi ortada daha maraqlı fakt var. Belə ki, Messi Qəzzada baş verənləri pisləyərək, Fələstinə dəstək olub və İsrail dövlətini qınayıb:

“Zorakılıq orada xeyli insanın həyatını alıb. Xeyli uşaq yaralanıb və ölüb. Bu münaqişəni uşaqlar yaratmayıblar. Amma münaqişədən ən çox zərə çəkən də uşaqlardır. Bu mənasız zorakılığı dayandırmaq lazımdır. Biz silahlı münaqişələrin nəticəsi barədə düşünməliyik. Qəzzadakı uşaqlar müdafiə olunmalıdır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right