FİFA İntizam Komitəsi Portuqaliya millisinin baş məşqçisi Fernando Santuşun cəzasının azaldılması ilə bağlı şikayətini rədd edib.
Newsport.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssisin 8 oyunluq cəzası qüvvədə saxlanılıb. Beləliklə, F.Santuş "Avro-2016"nın seçmə mərhələsində komandasının matçlarını tribunadan izləməli olacaq.
Qeyd edək ki, F.Santuş bundan əvvəl çalışdırdığı Yunanıstan millisinin DÇ-2014-ün 1/8 finalında Kosta-Rika ilə oynadığı görüşün əlavə vaxtında matçın hakimi Ben Villamsla mübahisə etdiyi üçün səkkiz oyunluq cəzalandrılıb.